Bu il ərzində müşahidə olunan seysmiklik, qeydə alınan zəlzələlər və palçıq vulkanlarının sayı açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə MEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli AMEA-nın Yer Elmləri bölməsinin iclasında məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ilin dekabr ayının 25-ə qədər Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkanlar qeydə alınıb:
"Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb. Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayışlar qeydə alınıb".