"Təhsil tələbə krediti (TTK) üzrə ən çox vəsait ayrılan 10 ixtisas sırasında siyahıya “Biznesin idarə edilməsi” ixtisası liderlik edir. Bu ixtisas üzrə 4647 müqavilə bağlanıb və ümumilikdə 5 milyon 352 min 664,30 AZN TTK vəsaiti ayrılıb”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
O bildirib ki, ikinci yerdə qərarlaşan “Sosial iş” ixtisası üzrə 2 203 müqavilə rəsmiləşdirilib. Ümumilikdə 1 milyon 931 min 211 manat vəsait ayrılıb.
Üçüncü pillədə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası yer alıb. Bu ixtisas üzrə 2 434 tələbə TTK ilə əhatə olunub, ümumi maliyyələşmə 1 milyon 930 min 330,25 manat olub.
Siyahıda həmçinin “İqtisadiyyat” (1840 müqavilə üzrə 1 milyon 687 min 842,43 AZN), “Hüquqşünaslıq” (989 müqavilə üzrə 1 milyon 555 min 864,28 AZN) və “İbtidai sinif müəllimliyi” (1 989 müqavilə üzrə 1 milyon 551 min 785,25 AZN) ixtisasları yer alıb.
Ən çox vəsait ayrılan digər ixtisaslar sırasında “Marketinq” (1 518 müqavilə üzə 1 milyon 367 min 213,69 manat), “Menecment” (1241 müqavilə üzrə 1 milyon 309 min 165,44 manat), “Maliyyə” (1361 müqavilə üzrə 1 milyon 242 min 724,52 manat) və “Tibb” (668 müqavilə üzrə 1 milyon 203 min 35,25 manat) də var.