Azedu.az

Bağışlanan təhsil tələbə kreditlərinin həcmi 

Xəbərlər

25 Dekabr 2025, 10:47
Bağışlanan təhsil tələbə kreditlərinin həcmi 

Təhsil Tələbə Krediti Fondu 761 min manata yaxın təhsil krediti vəsaitini bağışlayıb.

Azedu.az xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib.

B.Əzimov eyni zamanda götürən kreditlərin geri ödəniş mərhələsində tətbiq olunan güzəştlərdən bəhs edib:

"Kreditlərin verilmə qaydasına əsasən, normativ təhsil müddətində akademik göstəriciləri yüksək olan məzunların kredit vəsaitlərinin müəyyən hissəsi dövlət tərəfindən bağışlanır. Bu baxımdan, ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan məzunlara 681 sosial kredit üzrə 50 %, 1 679 standart kredit müqaviləsi üzrə isə 25 % güzəştlər tətbiq olunub, ümumilikdə 761 min manata yaxın kredit vəsaiti bağışlanıb".

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox