Azedu.az

Bu ölkədə uşaqların cinayət məsuliyyəti yaşı artırıla bilər

Xəbərlər

24 Dekabr 2025, 15:34
Bu ölkədə uşaqların cinayət məsuliyyəti yaşı artırıla bilər

İngiltərə və Uelsdə uşaqların cinayət məsuliyyəti yaşının artırılması təklif olunur

AzEdu.az xəbər verir ki, İngiltərə və Uelsdə bir qrup yüksək vəzifəli hakim və hüquq mütəxəssisi uşaqların cinayət məsuliyyəti yaşının 10-dan 14 yaşa qaldırılması ilə bağlı təklif irəli sürüb. Qeyd olunur ki, hazırda bu bölgələr Avropada ən aşağı cinayət məsuliyyəti yaşına malik ölkələr sırasındadır.

Mütəxəssislərin fikrincə, 10 yaşlı uşaqların davranışlarının hüquqi nəticələrini tam dərk etməsi psixoloji baxımdan mümkün deyil. Onlar hesab edirlər ki, bu yaş qrupundakı uşaqlar cəzalandırılmaq əvəzinə reabilitasiya və sosial dəstək proqramlarına yönləndirilməlidir.

Bildirilir ki, təklifin əsas məqsədi uşaqları erkən yaşda cinayət sistemi ilə üz-üzə qoymamaq və onların psixoloji inkişafını qorumaqdır. Mövzu hazırda ictimai və siyasi dairələrdə müzakirə olunur.

Zeynəb Tehranlı 

ŞOK XƏBƏR ! Türkiyə və Azərbaycana yeni təhlükə gəlir
Son xəbərlərDaha çox