Azedu.az

Prezident 13 günlük körpəni belə salamladı - GÖRÜNTÜLƏR

AzEdu Təhsil Platforması

23 Dekabr 2025, 22:06
Prezident 13 günlük körpəni belə salamladı - GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.

AzEdu.az xəbər verir ki, Prezident İlham Əliyev sakinləri salamlayıb

Dövlət başçısı səfər çərçivəsində qəsəbə sakini Yadigar Əsədovanın evində olub.

Sakin: Xoş gəlmisən!

Prezident İlham Əliyev: Siz də doğma vətənə xoş gəlmişsiniz!

Qadın sakin: Allah səni saxlasın. Millətimizi öz vətəninə gətirdin, çox sağ ol.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Sakin: Gəncədə yataqxanada.

Prezident İlham Əliyev: Bala neçə aylıqdır?

Sakinlər: 13 günlükdür.

Prezident İlham Əliyev: 13 günlük? (gülür) Maşallah! Gəncədə doğulub?

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.

 

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox