Azedu.az

İmtahanda texniki vasitə qalmaqalı: 2 nəfərin nəticəsi niyə qüvvədə qaldı?

Xəbərlər

23 Dekabr 2025, 14:18
İmtahanda texniki vasitə qalmaqalı: 2 nəfərin nəticəsi niyə qüvvədə qaldı?

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir.

AzEdu.az xəbər verir ki, 23 dekabr 2025-ci il tarixində məhkəmənin baxış iclası keçirilib. İclas zamanı iş üzrə şahid qismində cəlb olunmuş şəxslərin ifadələri dinlənilib, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş tərəfin nümayəndəsinin sualları cavablandırılıb.

Məhkəmə araşdırmasının nəticəsinə əsasən, iş üzrə adı keçən 11 abituriyentdən 9-nun imtahan (müsabiqə) nəticəsi ləğv edilib və onlar ixtisas seçiminə buraxılmayıblar.

Digər 2 abituriyentin isə imtahan binasına daxil olmamışdan əvvəl sözügedən texniki vasitələri üzərindən çıxardığı və imtahanda adi qaydada iştirak etdiyi müəyyən edildiyindən, onların nəticələri ləğv edilməyib.

ŞOK XƏBƏR ! Türkiyə və Azərbaycana yeni təhlükə gəlir
Son xəbərlərDaha çox