Rəqəmsal mühit uşaqlara bərabər imkanlar yaratmaqla yanaşı, onlara müəyyən təhlükə də yaradır.
AzEdu.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Nazir qeyd edib ki, imkanların tam şəkildə faydaya çevrilməsi dövlət və valideynlərin birgə əməkdaşlığından asılıdır: "Rəqəmsal təhsilin verilməsi, normativ və hüquqi bazanın formalaşdırılması və kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən edilməsi diqqət yetirilməsi vacib olan əsas istiqamətlərdir".