Gənclər və İdman Nazirliyi ölkədə gənclər siyasətinin formalaşdırılması, idmanın inkişafı və sağlam həyat tərzinin təşviqi istiqamətində dövlət siyasətini həyata keçirən əsas qurumlardan biridir. Nazirlikdə qəbul edilən qərarların effektivliyi isə birbaşa rəhbər heyətin peşəkarlığı, idarəetmə bacarıqları və sahə üzrə bilik səviyyəsindən asılıdır.
Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı onların gənclərlə bağlı proqramların icrası, idman strategiyalarının həyata keçirilməsi və bu sahədə aparılan islahatların mahiyyətini düzgün dəyərləndirməyə imkan verir.
AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.
Bu yazıda gənclər və idman naziri Fərid Qayıbovun müavinləri- İndira Hacıyeva və Fərhad Hacıyevin təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

İndira Niyazi qızı Hacıyeva 1960-cı il iyulun 15-də anadan olub.
1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində
1982-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatla
Sonrakı illərdə İndira Hacıyeva Bakı Dövlət Universitetində mühəndis (1992-1993), "SIAR-
Daha sonra Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Usaq və Gənclərlə is üzrə şöbəsində baş təlimatçı, sektor müdiri (2001-2006), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi (2006-2007), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri (2008-2021) vəzifələrində çalışıb.
08.02.2011-ci ildə «Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 15.12.2015-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015) Azərbaycan Respublikasının yubiley medalı, 22.06.2016-cı ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

Fərhad Məcid oğlu Hacıyev 1980-ci ildə Sumqayıt şəhərində anadan olub.
1995-ci ildə Azərbaycan Universitetinə daxil olub, 1999-cu ildə həmin Universitetin Beynəlxalq münasibətlər ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 1999 - 2001-ci illərdə Azərbaycan Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsi üzrə təhsil alaraq həmin pilləni də fərqlənmə diplomu ilə bitirib.
2005-ci ildə Azərbaycan İqtisad Universitetinə daxil olub, 2007-ci illdə həmin universitetin “İqtisadiyyat və idarəetmə” istiqamətinin maliyyə ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə Harvard Universitetində hökümətdə çalışan yüksək rütbəli məmurlar üçün kursu bitirib. 2013-cü ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının şöbə müdiri, məclis sədri, baş katibi vəzifələrində işləmişdir. 2001-ci ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində bölmə müdiri vəzifəsində, 2002-2011-ci illərdə bölmə müdiri vəzifəsində işləyib. 2011-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsində işləyib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 24 iyul 2019-cu ildə 3-cüdərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.