Azedu.az

Bilbacar müsabiqəsində 118 min şagird iştirak edib

Xəbərlər

19 Dekabr 2025, 09:34
Bilbacar müsabiqəsində 118 min şagird iştirak edib

2025-ci ilin noyabr ayından etibarən yenidən başlayan Bilbacar müsabiqəsinin ilk yarış nəticələri artıq şagirdlərin Bilbacar hesablarına əlavə edilib.

AzEdu.az xəbər verir ki, yarışda 1706 ümumi təhsil müəssisəsi üzrə 155 min şagird iştirak edib. Müsabiqənin ilk hazırlıq mərhələsində isə 1681 ümumi təhsil müəssisəsi üzrə 118 min şagird iştirak edib.

İbtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda, şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaq məqsədilə həyata keçirilən Bilbacar müsabiqəsinin onlayn mərhələsi 2026-cı ilin may ayınadək davam edəcək və final mərhələsi isə iyun ayında keçiriləcək.

 

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox