Azedu.az

ABŞ-də gen modifikasiyası olunan körpə ilk addımlarını atdı 

Xəbərlər

19 Dekabr 2025, 08:41
ABŞ-də gen modifikasiyası olunan körpə ilk addımlarını atdı 

ABŞ-də dünyanın ilk gen modifikasiyası edilmiş körpə ilk addımlarını atıb.

AzEdu.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

"Ölümcül bir xəstəlikdən əziyyət çəkən körpə ilk dəfə gen terapiyası alıb və hazırda inkişaf mərhələsindədir. 16 aylıq oğlan bu yaxınlarda ilk addımlarını atıb", - deyə xəbərdə bildirilir.

Körpə olduqca nadir bir xəstəlik olan CPS1 çatışmazlığından əziyyət çəkir. Bu xəstəlik zülal emalının pozulması səbəbindən bədəndə ammonyakın toplanmasına səbəb olur və müalicə edilmədikdə erkən ölümlə nəticələnir.

ABŞ-li həkimlər körpə üçün altı ay ərzində unikal bir müalicə üsulu hazırlayıb və sınaqdan keçiriblər.

Bildirilir ki, uşaq dünyada fərdiləşdirilmiş CRISPR gen redaktə terapiyası alan ilk xəstə olub. İndi körpə inamla yeriməyi öyrənir, oyuncaqları ilə oynayır və tezliklə Milad bayramını evdə valideynləri ilə keçirəcək.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox