Azedu.az

Bu günə qədər hansı rektorlara “Şərəf” ordeni verilib? - SİYAHI

Xəbərlər

18 Dekabr 2025, 15:20
Bu günə qədər hansı rektorlara “Şərəf” ordeni verilib? - SİYAHI

Azərbaycan ali təhsil sisteminin inkişaf mərhələlərində ali təhsil müəssisələrinə rəhbərlik etmiş bir sıra rektorlar müxtəlif illərdə “Şərəf” ordeni ilə təltif olunublar.

Bu fakt təkcə fərdi nailiyyətlərin deyil, eyni zamanda həmin dövrlərdə universitet idarəçiliyində həyata keçirilən yanaşmaların və prioritetlərin göstəricisi kimi də dəyərləndirilir.

AzEdu.az “Şərəf” ordeni ilə təltif edilmiş rektorların siyahısını hazırlayıb.

Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev 12 fevral 2009-cu ildə “Şərəf” ordeni ilə təltif olunanlardandır.

ADA Universitetinin rektoru Hafiz Paşayev 2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Azərbaycan Milli Konservatoriyasının rektoru olmuş (2001-2024) Siyavuş Kərimi 31 dekabr 2020-ci ildə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla 30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev 26 iyul 2021-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli 26 dekabr 2022-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov 27 aprel 2023-cü il tarixli Sərəncamla “Şərəf” ordeni ilə təltif olunub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova isə 18 dekabr 2025-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox