Azedu.az

"Uşaqdan reklam məqsədi ilə istifadə edilməsi yolverilməzdir"

Xəbərlər

18 Dekabr 2025, 13:18
"Uşaqdan reklam məqsədi ilə istifadə edilməsi yolverilməzdir"

"Cinayət hallarında, reklam xarakterli məhsullarda və başqa məqsədlər üçün uşaqların üzlərinin göstərilməməsi ilə bağlı gələcəkdə qanunvericiliyə dəyişiklik layihəsi hazırlana bilər".

AzEdu.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədli "Uşaqların zərərli informasiyadan qorunması" mövzusundakı brifinqdə deyib.

O bildirib ki, müxtəlif reklam xarakterli, eləcə də digər məsələlərlə əlaqəli videolarda uşaqların üzlərinin göstərilməsinin qadağan olunması ilə bağlı hazırda konkret qanun yoxdur:

"Ancaq Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulub ki, cinayət hadisələri ilə bağlı məsələlərdə uşaqların üzlərini göstərəndə qəyyumundan icazə alınmalıdır. Hər hansı bir məhsul satışı, reklam məqsədi ilə uşaqdan istifadə edilməsi zamanı zərərli vasitələrdən istifadə olmaya bilər. Amma hər halda uşaqlardan bu məqsədlə istifadə edilməsi yolverilməzdir".

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox