Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7 000 manat pulunu ələ keçirib.
AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd edilir ki, polis əməkdaşları tərəfindən aparılan əməliyyatla 56 yaşlı G.Əlimusayeva şübhəli qismində saxlanılıb.
Həyata keçirilən digər tədbirlər zamanı isə şəhər ərazisində yerləşən marketlərin birinin saxlanc yerindən 232 manat, digər iki elektronika mağazasında isə satıcının diqqətini yayındıraraq ümumilikdə 1050 manat dəyərində "ağıllı" qol saatı və qulaqcıq oğurlamaqda şübhəli bilinən M.Quliyeva ilə V.Rzayev də müəyyən olunaraq saxlanılıblar.
Faktlar üzrə zəruri araşdırmalar aparılır.