ABŞ Kosmik Qüvvələri aşağı Yer orbitini araşdırmağı hədəfləyir. Bu məqsədlə, aşağı müqavimətə malik və "uçan boşqab"lara bənzəyən kiçik peyklər hazırlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.
"Disksat" adlı peyklərin buraxılışını "Rocket Lab" həyata keçirəcək. İlk peykin dekabrın 18-də buraxılması gözlənilir.
Bildirilir ki, ABŞ Kosmik Qüvvələri və NASA-nın birgə layihəsi ABŞ vergi ödəyicilərinə 14.4 milyon dollara başa gələcək.