Azedu.az

Böyük Britaniya Erasmus+ proqramına yenidən qoşulur

Xəbərlər

17 Dekabr 2025, 14:45
Böyük Britaniya Erasmus+ proqramına yenidən qoşulur

Böyük Britaniya 2027-ci ildən etibarən Avropa İttifaqının Erasmus+ tələbə və müəllim mübadiləsi proqramına yenidən qoşulacaq. Bu qərar Brexitdən sonra ölkənin Avropa təhsil məkanına atdığı ilk ciddi addımlardan biri kimi qiymətləndirilir.

AzEdu.az xarici mediaya istindaən xəbər verir ki,  proqramın bərpası Böyük Britaniyadan və Avropa ölkələrindən təxminən 100 minə yaxın tələbə və müəllim üçün yeni akademik mobillik imkanları yaradacaq. Erasmus+ çərçivəsində iştirakçılar Avropanın müxtəlif universitetlərində təhsil almaq, təcrübə keçmək və elmi əməkdaşlıqlar qurmaq imkanı əldə edəcəklər.

Rəsmi qurumlar bildirirlər ki, bu addımın əsas məqsədi Böyük Britaniya ilə Avropa ölkələri arasında təhsil və elmi əlaqələri gücləndirmək, beynəlxalq təcrübə mübadiləsini genişləndirməkdir. Təhsil ekspertləri isə qərarın həm tələbələr, həm də ali təhsil müəssisələri üçün müsbət nəticələr verəcəyini vurğulayırlar.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox