Azedu.az

Əməkdar müəllim qəzada ÖLÜB

Xəbərlər

17 Dekabr 2025, 14:30
Əməkdar müəllim qəzada ÖLÜB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi əməkdar müəllim Nadir Hüseynovun ölüm səbəbini açıqlayıb.

AzEdu.az xəbər verir ki, mərkəzdən Oxu.Az-a verilən məlumatda bildirilir ki, dekabrın 14-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Əməkdar müəllim Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

 

12:44

Əməkdar müəllim, bədii qiraətçi, professor Nadir Hüseynov 73 yaşında vəfat edib.

AzEdu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edək ki, Nadir Qəribağa oğlu Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olmuşdu.

 

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox