Azedu.az

Universitetlərdə imtahan sessiyası nə vaxt başlayır? - SORĞU

Xəbərlər

17 Dekabr 2025, 16:54
Universitetlərdə imtahan sessiyası nə vaxt başlayır? - SORĞU

Universitetlərdə qış semestri imtahanlarının başlanmasına az vaxt qalıb.

İmtahan dövrü yaxınlaşdıqca tələbələr imtahanların nə vaxt başlayacağı və hansı tarixədək davam edəcəyi ilə bağlı daha ətraflı məlumat almağa çalışırlar. Xüsusilə bəzi ali təhsil müəssisələrində imtahan cədvəllərinin imtahan gününə çox qısa müddət qalmış elan edilməsi bu marağı daha da artırır.

Bu səbəbdən AzEdu.az Təhsil Portalı universitetlərdə qış semestri imtahanlarının başlama və bitmə tarixləri ilə bağlı sorğu keçirib.

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirilib ki, imtahanlar 29 dekabr 2025-ci il tarixində başlayıb, 30 yanvar 2026-ci il tarixində isə bitəcək. 

Bakı Avrasiya Universitetinin (BAAU) mətbuat xidmətindən bildirlib ki, imtahan sessiyası 29 dekabrda başlayıb, fevralın 10-a kimi davam edəcək.

Xəzər Universitetindən bildirilib ki, final imtahanları 5-28 yanvar tarixlərində keçiriləcək.

Mingəçevir Dövlət Universitetindən (MDU) verilən məlumata görə, universitetdə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası 2026-cı ilin 5 yanvar tarixindən 5 fevral tarixinədək keçirilməsi planlaşdırılıb.

İmtahan sessiyasının təşkili istiqamətində bütün hazırlıq işləri tamamlanmaq üzərədir. Bu ildən ilk dəfə olaraq 15 fənn üzrə elektron imtahan modelinə keçid də tətbiq olunacaq.

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətindən bildirlib ki,  imtahan sessiyası 05 yanvar - 03 fevral 2026-ci il tarixləri aralığında nəzərdə tutulur.

Azərbaycan Dillər Universitetindən (ADU) verilən məlumata görə, qış semestr imtahanları yanvarın 5-dən başlayıb, fevralın 3-5-i yekunlaşacaq.

ADA Universitetinin mətbuat xidməti qeyd edib ki, semestr üzrə imtahanlar dekabrın 23-ü başlayıb yanvar ayının 7-si bitəcək.

Bakı Mühəndislik Universitetindən (BMU) bildirlib ki, imtahanların dekabrın sonu başlayıb yanvar ayının 31-başa çatması nəzərdə tutulur.

Bakı Ali Neft Məktəbindən (BANM) verilən məlumata görə, 15 dekabrda SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 2025/2026-cı tədris ilinin payız imtahan sessiyası başlayıb.

İmtahanlar yanvarın 16-sında yekunlaşacaq. 

İmtahan sessiyasının keçirilməsi üçün Ali Məktəbin kampusunda hər cür şərait yaradılıb. Tələbələrə yüksək səviyyəli imtahan mühiti təmin olunub və iki geniş idman zalı imtahan prosesinə ayrılıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayevin sözlərinə görə, imtahan sessiyasının başlaması ilə bağlı Elm və Təhsil Nazirliyindən əmr imzalanmayıb.

Gələcək günlərdə əmr imzalananda tarixlər məlum olacaq. 

Qarabağ Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, Elm və Təhsil naziri Emin Əmrullayev bu istiüamətdə ali və orta ixtisas təhsili müəssisələrində semestr imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayır. 

Həmin əmri gözləyirik. Əmr gəldikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, hələ Elm və Təhsil Nazirliyi tərəfindən əmr imzalanmayıb. 

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, hazırda Azərbaycan Universitetində semestr imtahanlarının keçirilmə vaxtları müəyyənləşdirilməyib.

Belə ki, semestr imtahanlarının başlanma və bitmə tarixləri Elm və Təhsil Nazirliyinin müvafiq yazısı əsasında müəyyən edilir. Hazırda həmin yazı universitetə daxil olmadığından imtahanların keçirilmə tarixləri barədə dəqiq məlumat vermək mümkün deyil. Müvafiq sənəd daxil olduqdan sonra imtahanların qrafiki müəyyənləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək.

Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) müraciət etsək də sorğumuza cavab verilməyib.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox