Azedu.az

Şəhid müəllim və şagirdlərin xatirəsi yaşadılmalıdır - Nazir müavini

Xəbərlər

17 Dekabr 2025, 12:02
Şəhid müəllim və şagirdlərin xatirəsi yaşadılmalıdır - Nazir müavini

“Gələcəkdə təhsillə bağlı tədbirlərdə Zəfər qələbəsinə dair mövzulara da yer verilməsi məqsədəuyğundur”.

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.

“Şəhid olanlar arasında 760 nəfər təhsil işçisi, 20 nəfər şəhid müəllim və 10 nəfər şagirdimiz var. Düşünürəm ki, onlara həsr olunmuş foto və ya video sərgisinin təşkili şəhidlərin əziz xatirəsinə hörmətin ifadəsi ola bilər. Hesab edirəm ki, gələcəkdə bu məsələyə xüsusi diqqət yetiriləcək”, - deyə nazir müavini qeyd edib.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox