Azedu.az

Nazir müavini: Foto incəsənəti həm tarixdir, həm də hisslərin ifadəsidir

Xəbərlər

17 Dekabr 2025, 11:51
Nazir müavini: Foto incəsənəti həm tarixdir, həm də hisslərin ifadəsidir

“Foto incəsənəti yaddaşı yaşadan və hissləri ötürən əvəzolunmaz sənət növüdür”

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı qeyd edib.

“Bu, çox önəmlidir. Foto sərgi hesab edirəm ki, dünyada ən dəbdə olan incəsənət növlərindən biridir. Fotoşəkillər insanlar tərəfindən həyatın mənası kimi anlaşılır. Həmçinin fotolar vasitəsilə dövlətin xatirəsini yaddaşda saxlamaq mümkündür. Əgər fotolar olmasaydı, bizim keçmiş haqqında məlumatımız da olmazdı. Bu mənada foto incəsənət sahəsi kimi əvəzedilməzdir. Burada sənət ustalarının peşəkarlığı ilə yanaşı, zövqləri də nümayiş olunur. Foto həm gözəlliyi, həm də hissləri insanlara çatdıra bilir. Bu hisslər fotolar vasitəsilə müxtəlif formalarda nümayiş olunur.

Bugünkü sərginin rəmzi mənası da çox önəmlidir. Bu fotolar təhsillə bağlıdır. Ulu öndər həmişə təhsilə çox böyük diqqət yetirib. O, çox vaxt dərs zamanı şagirdlərlə ünsiyyətdə olardı. Ulu öndər bilirdi ki, uşaqlar bizim gələcəyimizdir. Sovet dövründə 12 il ərzində 5 min məktəb açılmışdı. Həmin məktəblərin məzunlarından 15 min gənc ən nüfuzlu universitetlərdə təhsil alıbdır.

Biz artıq hər il 500 gəncimizi dünyamızın müxtəlif ali təhsil müəssisələrinə göndəririk”, - deyə Firudin Qurbanov bildirib.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox