Danimarka və Çili alimləri Atakama səhrasının cənubunda qədim yerli sakinlərin ilk qədim ev heyvanlarının qalıqlarını aşkar ediblər.
AzEdu.az xəbər verir ki, bu nəsli kəsilmiş ev heyvanının təsviri "Nature Communications" jurnalında dərc olunmuş məqalədə təqdim olunub.
Ev heyvanı indiki lamalara bənzəsə də, əvvəllər məlum olmayan dəvəkimilər növünə aid edilib. Onlar 4 400-5 300 il əvvəl yaşayıblar.
Ümumilikdə, tədqiqatçılar ərazidə 75 ev heyvanının qalıqlarını tapıb, onlardan DNT nümunələri götürüblər. Təhlillər göstərib ki, bu qalıqlardan 25-i əvvəllər məlum olmayan qədim ev heyvanı növünə aiddir.