Azedu.az

"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır - Nazir

Xəbərlər

16 Dekabr 2025, 11:15
"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır - Nazir

"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

O bildirib ki, elm adamlarının hamısı kimin necə alim olduğunu bilir: “Bunu açıq şəkildə deməliyik. Alimlərin bir-birinə münasibəti dürüst deyil, bu öz nüfuzlarını da qorumağa imkan vermir. Alim adını yalançı alimlərdən qorumaq lazımdır. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər görülür, amma inzibati qaydada tənzimləmək çətindir”.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox