Azedu.az

Leyla Əliyeva 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib 

Xəbərlər

11 Dekabr 2025, 22:44
Leyla Əliyeva 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib 

Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib.

 

AzEdu.az xəbər verir ki, ziyarət çərçivəsində müəssisənin fəaliyyəti, tibbi xidmətlərin təşkili və uşaqlar üçün yaradılan şəraitlə tanışlıq olub. Dispanserdə aparılan yenilənmə işləri, göstərilən diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müzakirə edilib.

 

Səhiyyə naziri Teymur Musayev ölkəmizdə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihələrə verilən dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib.

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox