Azedu.az

Əmək bazarı dəyişir: hansı ixtisasları seçmək daha sərfəlidir?

Xəbərlər

11 Dekabr 2025, 13:42
Əmək bazarı dəyişir: hansı ixtisasları seçmək daha sərfəlidir?

Ali təhsil müəssisələrində bəzi ixtisaslar üzrə plan yerlərinə nəzər saldıqda görürük ki, bir sıra ixtisaslar üzrə qəbul faizi daha yüksəkdir. Lakin müşahidələrə əsasən bəzi ixtisaslar üzrə tələb-təklif balansı pozulur. Abituriyentlər seçdikləri sahə üzrə ixtisaslaşa bilmədikdə isə işsizlik sayı artmağa davam edir.

Bəs görəsən, bu halda tələbələr seçim edərkən hansı meyarları əsas tutmalıdırlar? 

AzEdu.az-a mövzu ilə bağlı əməkdar müəllim, sabiq deputat Sona Əliyeva danışıb.

Müsahibimiz qeyd edib ki, praktik bacarıq tələb edən ixtisaslarda iş imkanı daha stabildir:

"Fkrimcə, tələbələr ixtisas seçərkən üç əsas meyarı mütləq nəzərə almalıdır:

Əmək bazarının real tələbi-bəzən biz yalnız qəbul planına baxırıq, amma planın çox olması işin çox olması demək deyil. Məsələn hazırda müəyyən sahələrdə məzun sayı tələbdən çoxdur. Buna misal göstərmək olar: biznes və idarəetmə, marketinq, HR, hüquq, iqtisadiyyat və maliyyə, beynəlxalq münasibətlər və politologiya və.s bu kimi humanitar sahələr. Bu sahələrdə rəqabət çox, vakansiya məhduddur. Tələbə yalnız diplomla deyil, əlavə bacarıqlarla da fərqlənəndə iş tapa bilir.

İkincisi, praktik bacarıq tələb edən ixtisaslarda iş imkanı daha stabildir. Məsələn: İT və proqramlaşdırma, data analitika və süni intellekt, kibertəhlükəsizlik, elektronika, avtomatika, tibb sahələri, STEM müəllimliyi vəs. Bu sahələrin üstünlüyü ondadır ki, məzun təkcə dövlət sektoruna bağlı qalmır - özəl sektorda, beynəlxalq şirkətlərdə və freelancing bazarında işləyə bilir".

Dəbdə olan ixtisas seçmək gələcək uğuru təmin etmir:

"Üçüncüsü, tələbə öz marağına və qabiliyyətinə uyğun seçim etməlidir. Dəbdə olan ixtisas seçmək – gələcək uğuru təmin etmir. Araşdırmalar göstərir ki, qabiliyyəti uyğun olmayan sahəni seçən tələbə nə akademik uğur qazanır, nə də peşəkar inkişaf göstərə bilir. İxtisas seçimində abituriyentin özünə verdiyi ilk sual bu olmalıdır ki, “Mən bu sahədə konkret nə bacaracağam?” Onu dəqiqləşdirsə, məzun olduqda da iş tapmaq imkanı daha yüksək olacaq. Əsas məsələ isə odur ki, artıq diplom dövrü bitdi  və yeni dövr kompetensiya dövrüdür. İşəgötürən üçün artıq vacib olan tək şey diplom deyil. Onlar bilik səviyyəsi ilə yanaşı digər bacarıqların da olmasını zəruri hesab edir. 

Bu ixtisasları bitirənlərin çox olması və ya iş tapa bilməməsibu sahələrin dəyərsiz olması deyil,  ölkədə həmin ixtisaslar üzrə planlaşdırmanın doğru-düzgün olmamasıdır.Tələb-təklif balansı düzgün qurulmadıqca biz hər il daha çox işsiz məzun problemi ilə qarşılaşacağıq".

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox