Lənkəran Dövlət Universitetində (LDU) Elmi şura növbəti iclasını keçirib. Şura islasını universitetin rektoru, Elmi şuranın sədri professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlər barədə məlumat verib.
Azedu.az xəbər verir ki, 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, I kollokviumların nəticələri barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib.
LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2025/2026-cı tədris ilinin payız semestrinin gedişi haqqında kollecin direktoru Leyla İbrahimovanın məlumatı dinlənilib.
LDU-nun ümumi işlər üzrə prorektoru Novruz Həsənquliyev “Dərslərin dinlənilməsi üzrə Komissiya”nın hesabatını təqdim edib. Hesabatda bu sahədə olan çatışmazlıqlardan ətraflı bəhs edilib. Elmi şuranın sədri, prof. Natiq İbrahimov müəllimlərin dərslərinin imtahan sessiyası start götürənə qədər dinləməyi davam etdirməyin vacibliyini qeyd edib, elmi şuranın növbəti iclasına bu barədə geniş hesabat təqdim olunmasını tövsiyə edib, bu istiqamətdə konkret tapşırıqlarını verib.
Maliyyə və mühasibat mərkəzinin direktoru (baş mühasib) Rəşad Rzazadə 2026-cı təqvim ili üçün universitetin Struktur layihəsini və ştat cədvəlinin yenilənmiş variantını təsdiq üçün təqdim edib, yenilikləri şura üzlərinin diqqətinə çatdırıb. Müzakirədən sonra Struktur layihə və yeni ştat cədvəli Elmi şura tərəfindən təsdiq edilib.
Şura iclasında cari məsələlərə də baxılıb və müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib.