Azedu.az

NASA Mars orbitində öz kosmik gəmisi ilə əlaqəni itirib

Xəbərlər

11 Dekabr 2025, 10:19
NASA Mars orbitində öz kosmik gəmisi ilə əlaqəni itirib

Marsın atmosferini tədqiq edən "Mars Atmosphere and Ventures" (MAVEN) kosmik gəmisi ilə əlaqə kəsilib.

AzEdu.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.

Qeyd olunub ki, Marsın orbitinə çıxmazdan əvvəl kosmik gəminin bütün sistemləri normal işləyib.

Lakin MAVEN planetin qaranlıq tərəfini keçərkən, NASA kosmik rabitə şəbəkəsinin siqnalını itirib.

"Kosmik gəmilər və missiya qrupları səbəbi müəyyən etmək üçün anomaliyanı araşdırır", - məlumatda deyilir.

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox