Azedu.az

6-cı "Yüksəliş" müsabiqəsinə qeydiyyat tarixləri açıqlanacaq

Xəbərlər

11 Dekabr 2025, 10:11
6-cı "Yüksəliş" müsabiqəsinə qeydiyyat tarixləri açıqlanacaq

Yaxın zamanda altıncı "Yüksəliş" müsabiqəsinə qeydiyyat tarixləri açıqlanacaq.

AzEdu.az-ın məlumatına görə, həmçinin müsabiqənin qeydiyyat prosesi barədə də ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev 2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Növbəti "Yüksəliş" müsabiqəsi sayca keçirilən 6-cı müsabiqə olacaq.

Xatırladaq ki, 2019-2021-ci illərdə keçirilmiş ilk müsabiqədə 27, 2022-ci il ikinci müsabiqədə 22, 2023-cü il üçüncü müsabiqədə 22, 2024-cü il dördüncü müsabiqədə 25 və 2025-ci il beşinci müsabiqədə 20 qalib müəyyən olunub. Beləliklə, ötən beş müsabiqə üzrə ümumilikdə 70 minə yaxın müraciət qəbul edilib, 40 minə yaxın Azərbaycan vətəndaşı prosesdə iştirak etmiş və nəticədə 116 nəfər qalib elan edilib.

"Yüksəliş" müsabiqəsi İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox