Azedu.az

Attestasiyadan keçə bilməyən musiqi müəllimlərinin müsabiqə nəticələri 

Xəbərlər

10 Dekabr 2025, 15:58
Attestasiyadan keçə bilməyən musiqi müəllimlərinin müsabiqə nəticələri 

Attestasiya nəticələrinə əsasən 3 əleyhinə – 2 lehinə səs toplayaraq tutduğu vəzifəyə uyğun hesab edilməyən namizədlər üçün təşkil edilmiş xüsusi müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər nəticələrlə “MyCulture” vahid şəxsi kabineti vasitəsilə tanış ola bilərlər.

Qeyd edilib ki, müsahibə mərhələsi üzrə keçid balı 32 baldır.

Müsahibə nəticəsindən narazı qalan namizədlər üçün apellyasiya imkanı yaradılıb. Apellyasiya müraciətlərinin qəbulu 10–13 dekabr tarixlərində “MyCulture” vahid şəxsi kabineti üzərindən elektron şəkildə qəbul ediləcək.

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox