Azedu.az

STEAM mərkəzlərində vakansiyalar elan olunub

Xəbərlər

10 Dekabr 2025, 14:47
STEAM mərkəzlərində vakansiyalar elan olunub

Şəmkir, Masazır, Ağdaş, Bərdə, Qax STEAM mərkəzlərində vakansiyalar elan olunub.

AzEdu.az xəbər verir ki, müraciət etmək istəyən şəxslər CV-lərini 20 dekabr 2025-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilər.

Qeyd edək ki, CV göndərərkən mütləq mövzu bölməsində hansı STEAM Mərkəzi üçün müraciət olunduğunu qeyd etmək lazımdır. (Nümunə: Ağdaş STEAM Mərkəzi). 

Tələblər:
- Kompüter elmləri, texniki fənlər, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;
- STEAM sahəsinə dair iş təcrübəsi;
- Analitik və problem həlletmə bacarıqları;
- Əməkdaşlıq və kommunikasiya bacarıqları;
- Çevik iş mühiti və dəyişkən layihələrə uyğunlaşma bacarığı;
- Uşaqlarla işləməyi sevən, öyrətməyə və öyrənməyə açıq.

Əməkhaqqı müsahibə zamanı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun təyin olunacaq.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox