Rusiyanın Sankt-Peterburq şəhərində 36 yaşlı qadın beş ildən sonra ana olsa da, sonradan körpəni suda boğaraq öldürüb.
AzEdu.az xəbər verir ki, barədə KP.ru nəşri məlumat verib.
Məlumata görə, qadına elə düşünüb ki, körpəni böyütmək iqtidarında deyil.
Qeyd edilir ki, faciədən əvvəl qadın sosial şəbəkələrdə aktiv şəkildə paylaşımlar edib, müntəzəm olaraq fikirlərini bölüşüb və hətta hamilə qalmağın nə qədər çətin olduğunu etiraf edib. Üstəlik, onun sözlərinə görə, körpənin dünyaya gəlməsinə hazırlıq zamanı o, çoxsaylı xəstəlikləri müalicə edib, toksik evliliyinə son verib və hətta 18 kiloqram arıqlayıb.Lakin uşağın doğulması faciə ilə sona çatıb. Körpənin cəsədi mənzildə tapılıb.
İstintaq müəyyən edib ki, qətl anlaqlı şəkildə həyata keçirilib. Hazırda istintaq davam edir. Xüsusilə qətl anında uşağın atasının harada olduğu və qadına doğuşdan sonrakı depressiyanın öhdəsindən gəlməyə niyə kömək etmədiyi araşdırılır. Anaya qarşı isə artıq yeni doğulmuş körpəsinin qətli üzrə ittiham irəli sürülüb. Qadın 8 ildən 20 ilə qədər həbs cəzası ala bilər.