Azedu.az

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

Xəbərlər

9 Dekabr 2025, 19:19
Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Bildiririk ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır".

Bu barədə AzEdu.az-a TKTA-dan məlumat verilib.
Bildirilib ki, qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu 16.12.2025-ci il tarixindən 02.01.2026-cı il tarixinədək dayandırılacaq.

"Ərizəçilərdən qeyd edilənləri nəzərə almaları və ən geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Rusiyada ARA QARIŞIR - Kremldə vətəndaş müharibəsi qorxusu...
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox