Azedu.az

Uşaq və yeniyetmələrdə onkoloji müalicə icbari sığorta ilə olacaq

Xəbərlər

9 Dekabr 2025, 12:10
Uşaq və yeniyetmələrdə onkoloji müalicə icbari sığorta ilə olacaq

Yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında büdcə müzakirəlrəi zamanı Baş nazir Əli Əsədov bildirib.

Baş nazir qeyd edib ki, əhalinin real gəlirlərinin artımı və sosial- rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində cəmi sosialyönlü xərclər 17,1 mlrd. manat nəzərdə tutulur (xərclərin 41%-i).

“Növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox vəsait ayrılacaqdır (xərclərin 12.6%-i). Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur (xərclərin 4.9%-i).

İcbari tibbi sığorta çərçivəsində - 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcəkdir.  Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır” – nazir qeyd edib.

Rusiyada ARA QARIŞIR - Kremldə vətəndaş müharibəsi qorxusu...
Son xəbərlərDaha çox