Azedu.az

Elnur Əliyev: Məktəblərdə metodik rəhbərlərin işi formal qalıb

Xəbərlər

9 Dekabr 2025, 11:17
Elnur Əliyev: Məktəblərdə metodik rəhbərlərin işi formal qalıb

“Ölkənin uzun illər fəaliyyət göstərən metodik kabinetləri məktəblərə effektiv metodik dəstək göstərməkdə çətinliklərlə üzləşirdi”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bu gün keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda məruzəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, aparılan araşdırmalar 2022-ci ildə bir daha göstərdi ki, mövcud struktur əsasında müasir metodik xidmət qurmaq mümkün deyil və yeni modelin yaradılmasına ciddi ehtiyac var:

"Məktəblərdə ictimai əsaslarla fəaliyyət göstərən fənn-metod birləşmə rəhbərlərinin fəaliyyəti də araşdırılıb və monitorinqlər zamanı həmin şəxslərin əksəriyyətinin bu işi formal şəkildə icra etdiyi müəyyən edilib. Təxminən 30 məktəbdə aparılan monitorinqlər zamanı fənn-metod birləşmə rəhbərləri bu vəzifəni əsasən məktəb direktorunun xahişi ilə üzərlərinə götürdüklərini qeyd ediblər.

Bütün bu nəticələr ölkədə metodik xidmətin yeni, müasir və daha səmərəli model üzrə qurulmasını zəruri edib”, - deyə Elnur Əliyev vurğulayıb.

Rusiyada ARA QARIŞIR - Kremldə vətəndaş müharibəsi qorxusu...
Son xəbərlərDaha çox