Beynəlxalq tədqiqatçılar qrupu Sakit Okeanın dibində nadir metalların hasilatı sınaqları zamanı dərin sularda yaşayan yüzlərlə yeni növ aşkarlayıblar.
AzEdu.az phys.org-a istinadən xəbər verir ki, bioloqlar beş il ərzində Meksika və Havay adaları arasında, planetin ən az öyrənilmiş bölgələrindən biri olan zonada təxminən dörd kilometr dərinlikdə həyatı tədqiq ediblər.
Alimlər ölçüsü 0,3 mm-dən başlayan 4 000-dən çox orqanizm toplayıb və əsasən çoxqıllı qurdlar, xərçəngkimilər və molyusklardan ibarət olan 788 növ müəyyən ediblər.
Bir çox növ elm üçün naməlum olduğundan, onları müəyyən etmək üçün DNT analizindən istifadə olunub.