2025-ci ilin müvafiq dövründə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qəyyumluq və himayə ilə bağlı 3 müraciət daxil olub.
AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ağcabədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, onlardan biri qız, ikisi isə oğlandır.
Məlumata görə, 1 uşaq öz qardaşının ,1 uşaq isə babasının qəyyumluğuna verilib. Ailələr mütəmadi ziyarət olunub, habelə uşaqların yaşayış şəraitində hər hansı neqativ hal aşkarlanmayıb.
Qeyd edilib ki, hər iki uşağın valideynlərinin vəfat etməsi səbəbindən qəyyumluq müəyyən edilib.