Avstraliyanın Viktoriya əyalətindəki kampuslarında tələbələr üçün sosial və psixoloji dəstək xidmətlərini gücləndirib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, universitet rəsmiləri bildiriblər ki, məqsəd tələbələrin akademik uğurunu artırmaqla yanaşı, onların psixoloji rifahını da təmin etməkdir.
Tələbələrə təqdim olunan xidmətlər arasında psixoloji məsləhət, sosial fəaliyyətlər, mentor proqramları və icma dəstəyi daxildir. Universitet nümayəndələri qeyd ediblər ki, belə tədbirlər tələbələrin kampus həyatına uyğunlaşmasını asanlaşdırır və onların özlərini dəyərli hiss etmələrinə kömək edir.