Azedu.az

İqtisadiyyat Nazirinin müavinləri harada təhsil alıblar? 

Xəbərlər

8 Dekabr 2025, 17:21
İqtisadiyyat Nazirinin müavinləri harada təhsil alıblar? 

İqtisadiyyat Nazirliyi ölkənin iqtisadi siyasətini formalaşdıran, maliyyə və iqtisadi inkişaf strategiyalarını həyata keçirən əsas qurumlardan biridir. Bu qurumda qəbul edilən qərarların effektivliyi isə birbaşa rəhbər heyətin peşəkarlığından asılıdır.

Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı onların həyata keçirdikləri iqtisadi islahatların mahiyyətini düzgün dəyərləndirməyə imkan verir.

AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.

Bu yazıda iqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinləri - Elnur Əliyev, Sahib Ələkbərov, Rövnəq Abdullayev, Səməd Bəşirli və  Anar Axundovun təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

173933Elnur Aydın oğlu Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub.

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 2002-ci ildə həmin fakültəni bakalavr, 2006-cı ildə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-2009-cu illərdə Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyində başlayıb, 2005-2009-cu illərdə Nazirlikdə məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb.

2010-2013-cü illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində işləyib.

2013-2017-ci illərdə Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb.

2017-ci ilin dekabrından 2020-ci ilin mayınadək vergilər nazirinin müşaviri olub.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin birinci müavini təyin olunub.

173934Sahib Nurəddin oğlu Ələkbərov 1952-ci ildə Səfərəliyev (indiki Samux) rayonunda anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 02 iyul tarixli Sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 01 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 01 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 10 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə, həmçinin bir çox medallarla təltif edilib.

173935Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci ildə anadan olub.

Ali təhsilini Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsində alıb.

1989-cu ildən Neft Daşları NQÇİ-də, 28 May NQÇİ-də, "Xəzərdənizneftqaztikinti" Trestində mühəndis, şöbə rəisi, baş mühəndis vəzifələrində işləyib.

1997-ci ildən "Xəzərdənizneftqaztikinti" Trestinin müdiri, 2003-cü ildən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru vəzifələrində çalışıb.

2005-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin olunub.

III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

173937Səməd Əlövsət oğlu Bəşirli  1976 – cı ildə anadan olub.

1994 – 1998-ci illərdə Türkiyənin Qazi Universitetinin İqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb.

1998 – 2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 

2007 – 2008-ci illərdə Böyük Britaniyanın Birmingem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib.

1999 – 2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye, iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.

2016 – 2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib.

2020 – 2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyul tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

173938Anar Ədalət oğlu Axundov 1975-ci ildə anadan olub.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib.

Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, həmçinin bir sıra kommersiya banklarında çalışıb.

1999-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib.

2004-2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru olub.

2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

2014-2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.

2022-ci ildə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox