Azedu.az

Bu halda tələbələr xaricdən ölkəmizdə təhsil almaq üçün GƏLƏCƏK

Xəbərlər

8 Dekabr 2025, 15:10
Bu halda tələbələr xaricdən ölkəmizdə təhsil almaq üçün GƏLƏCƏK

Ölkədən xarici ölkələrə kifayət qədər axın var və bu, həm maddi baxımdan ölkəmiz üçün ziyandır, həm də beyin axını baxımından zərərlidir.

AzEdu.az-a bu sözləri elm və təhsil eksperti Səbuhi Abdullayev söyləyib. 

O, qeyd dib ki, təqaüd proqramlarının genişləndirilməsi, digəri isə yataqxana şəraitinin yaxşılaşdırılması xaricə axının qarşısını ala bilər:

"Təbii ki, bunun qarşısını almaq üçün müəyyən qabaqlayıcı tədbirlər görülməlidir. Digər məsələ isə xarici vətəndaşların Azərbaycanda təhsil alması ilə bağlıdır.

Burada ilk olaraq dövlət universitetlərinin diqqət yetirməli olduğu məsələlər var. Dövlət universitetləri və ümumilikdə reytinqli universitetlər xarici tələbələrin diqqətini cəlb etmək baxımından önəmlidir. Xaricdən gələn tələbələr əsasən "Top 500" siyahısında olan universitetlərdə təhsil almağa üstünlük verirlər. Azərbaycanda hələlik "Top 500"də universitetimiz olmasa da, "Top 1000"də yer alan ali təhsil müəssisələrimiz mövcuddur. Lakin onların yataqxanalarının vəziyyəti, maddi-texniki bazası və təqaüd proqramları tələbələrin gözləntilərinə tam cavab vermir".

Siyasət düzgün şəkildə formalaşdırılmalıdır ki, xarici tələbələr ölkəmizə gəlsin:

"Əgər təqaüd proqramlarını gücləndirsək, maddi-texniki bazanı yaxşılaşdırsaq və xüsusilə yataqxana şəraitini yüksəltsək, düşünürəm ki, xarici ölkələrdən ölkəmizdə təhsil almaq üçün kifayət qədər tələbə gələcək. Keçmiş dövrlərdə,  Azərbaycanda çox sayda xarici tələbə təhsil alırdı və həmin tələbələrin bu gün öz ölkələrində yüksək vəzifələrdə çalışması Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsinə böyük töhfə verib.

Düşünürəm ki, gələcəkdə də bu siyasət düzgün şəkildə formalaşdırılmalıdır ki, xarici tələbələr ölkəmizə gəlsin, burada rahat şəkildə təhsil alsınlar və daha sonra öz ölkələrinə qayıdaraq Azərbaycanla əlaqələrin inkişafına töhfə versinlər.

Buna təsir göstərən əsas amillərdən biri təqaüd proqramlarının genişləndirilməsi, digəri isə yataqxana şəraitinin yaxşılaşdırılmasıdır".

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox