8 dekabr - Beynəlxalq Rəssamlar Günü münasibətilə Babək rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir təşkil edilib.
Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, tədris Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin, Babək rayon Təhsil Şöbəsinin, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin əməkdaşları, dərnək üzvləri və valideynlər iştirak ediblər. Rəsm dərnəyinin üzvləri məhşur rəssamların əsərlərindən rəsmlər və kompozisiyalarla çıxış ediblər. Yaradıcılıq Mərkəzinin digər dərnək üzvlərini rəqslər nümayiş etdiriblər.
Həmçinin dərnək üzvü Sunay Qurbanlının çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Tədbirin sonunda aktiv iştirak edən şagirdlərə Fəxri Fərmanlar təqdim edilib.