Azedu.az

"Dilimizdə rəsmi üslub bərbad gündədir" - Professor

Xəbərlər

8 Dekabr 2025, 12:25
"Dilimizdə rəsmi üslub bərbad gündədir" - Professor

Azərbaycan dilində rəsmi üslub bərbad gündədir.

Azedu.az-ın məlumatına görə, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı adi bir ərizə nümunəsinini misal göstərmək kifayətdir:

"Yazıb sizə bildirirəm ki… Bu, nə dərəcə doğrudur? Buna da yenidən baxılmasını məqbul hesab edirəm".

Professor həmçinin Azərbaycan dilinin Orfoqrafiya lüğəti ilə bağlı son işlərə də diqqət çəkib.

"Azərbaycan dilində 80 min söz olduğu bildirilirdi. Ancaq bazaya yerləşdirdiyimiz sözləri ələkdən keçirmişik. Hazırda əlimizdə Azərbaycan dilinin 220 min işlək sözü var. Biz indi bu sözlərin emal olunması ilə məşğuluq".

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox