Azedu.az

"Altı yaşlı uşaqdan dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik"

Xəbərlər

8 Dekabr 2025, 12:23
"Altı yaşlı uşaqdan dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik"

"Altı yaşlı uşaqdan dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik".

AzEdu.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.

Nazirin sözlərinə görə, müşahidələr onu göstərir ki, ənənəvi Azərbaycan dili tədrisi - müəllimin sinif otağındakı davranışı ilə müasir məzmun arasında ciddi fərqlər var:

"Azərbaycan dilinin tədrisi zamanı oxu, yazı düzgün formada tədris olunmalıdır. Bir çox hallarda müxtəlif şəxslər tərəfindən şagirdlərin üzərində onların daşıya bilməyəcəyi yük qoyulur. 6 yaşlı uşaqdan dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik. Bu, pedoqoji prosesdir. 6 yaşlı uşağa dilə sevgi formalaşdırmalıyıq. Geniş siyasi nitqlər, ictimai nitqlərlə uşağı Azərbaycan dilində daha yaxşı danışmağa təşviq edə bilmərik. Həmçinin tədrisin hansı dildə aparılmasından asılı olmayaraq hər bir şəxs Azərbaycan dilini mükəmməl bilməlidir. Bununla bağlı da əlimizdə olan mövcud alətlərlə qərar verilib. Bunlardan biri tədris saatlarında Azərbaycan dili saatının artırılmasıdır. Həmçinin "Azərbaycan tarixi" və "Çağrışaqədər hazılıq" fənlərinin 6-cı sinifdən başlayaraq ana dilində tədris olunması istiqamətində addım atılır".

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox