Azedu.az

DİN Naxçıvanda “uşaq oğrusu” ilə bağlı görüntüləri araşdırıb

Xəbərlər

8 Dekabr 2025, 10:51
DİN Naxçıvanda “uşaq oğrusu” ilə bağlı görüntüləri araşdırıb

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda “uşaq oğrusunun peyda olması” ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

AzEdu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yayan şəxsin azyaşlı olduğu müəyyən edilib və onunla valideynlə birgə profilaktik iş aparılıb, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə izahlar verilib.

Həmçinin azyaşlının valideyinlərinə də övladlarının internet mühitində davranışına nəzarətin vacibliyi barədə xəbərdarlıq edilib.

Məlumata görə, Naxçıvan ərazisində uşaq oğruluğu, yaxud bu kimi təhlükəli hadisələrlə bağlı hər hansı bir fakt qeydə alınmayıb.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox