Azedu.az

Tbilisi məktəbində STEAM mərkəzi açılacaq

Xəbərlər

6 Dekabr 2025, 15:19
Tbilisi məktəbində STEAM mərkəzi açılacaq

Tbilisi şəhəri 53 nömrəli dövlət məktəbində Azərbaycan və Gürcüstan təhsil nazirliklərinin əməkdaşlığı çərçivəsində müasir tələblərə uyğun STEAM mərkəzinin açılması planlaşdırılır.

AzEdu.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclərlə iş üzrə naziri Givi Mikanadze və Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin Tbilisinin 53 nömrəli məktəbini ziyarəti zamanı bildirilib.

Bildirilib ki, nazirlər məktəbin yenilənmiş tədris mühitini nəzərdən keçirib, son dövrlərdə həyata keçirilmiş infrastruktur işləri ilə yerində tanış olublar.

Ziyarət zamanı tərəflər iki ölkə arasında ümumi təhsil sahəsində əməkdaşlığın inkişafı, məktəblərin modernləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, məhz iki ölkənin təhsil nazirliklərinin əməkdaşlığı çərçivəsində bu məktəbdə müasir tələblərə uyğun STEAM mərkəzinin açılması planlaşdırılır. Yeni mərkəz şagirdlərin innovativ tədris resurslarına çıxışını genişləndirəcək və onların elmi-texniki bacarıqlarının inkişafına mühüm töhfə verəcək.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox