Azedu.az

Bakı Dövlət Universitetini 5 minə yaxın tələbə bitirdi - Məzun günündən FOTOLAR

Universitetlər

29 İyun 2019, 16:07
Bakı Dövlət Universitetini 5 minə yaxın tələbə bitirdi - Məzun günündən FOTOLAR

İyunun 29-da “Baku Crystal Hall”da Bakı Dövlət Universitetinin (BDU) 2018-2019-cu tədris ilinin məzunları ilə təntənəli görüş olub.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Müvafiq qurumların nümayəndələrinin, alimlərin, müəllim və tələbələrin iştirak etdikləri görüşdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Nazir Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb.

AzEdu.az BDU-nun möhtəşəm məzun gecəsindən fotoları təqdim edir:

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox