AzEdu.az “Kitab çantası ” rubrikasını davam etdirir.
Qeyd edək ki, rubrikanın məqsədi oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin seçdiyi kitablarla tanış etmək, onlara kitab oxumağı aşılamaqdır.
Məsələ belədir, bəzən, dahi şəxslərə də bu sualı veriblər: əgər kimsəsiz adaya, heç kəsin yaşamadığı bir yerə getsəniz, özünüzlə hansı kitabları götürərsiniz? Cavablar çox müxtəlif olub... Hərə özünün “kitab çantasında” olacaq tamam başqa ədəbiyyatların adını çəkib, kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını deyib.
Rubrikamızın növbəti qonağı-məşhur aparıcı Murad Əzimzadədir.
Görək, onun “kitab çantası”nda nə var: