Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 15:30:00
Universitetlərin saxta PR-ı, ixtisasını bilməyən müəllimlər, çarəsiz tələbələr – Məşhur piarmenin “Amma və lakin”i...

AzEdu.az-ın “Amma və lakin…” rubrikasında qonaqlarımız onlara təqdim olunan cümlələri tamamlayırlar.

Çünki həyatda hər şeyin bir əmması var... Təhsildə də bu gün bir çox uğurlu işlərin şahidi oluruq... Amma və lakin...

Bunu  rubrikanın budəfəki qonağı – Media və PR mütəxəssisi Vüqar Baba desin:

-Vüqar bəy,

Azərbaycandan bir sıra jurnalist GİPA-da təhsil almaq üçün Gürcüstana gedir. Azərbaycanla müqayisədə bu universitetdə jurnalistika ixtisası daha yaxşı tədris olunur, amma və lakin…

ildən-ilə GIPA-da da təhsilin səviyyəsi aşağı düşür. Dərs proqramında, dəvət olunan mütəxəssislərdə, pedaqoqlarda xeyli zəifləmə müşahidə edilir. Qafqazın Jurnalistika və Media İdarəçiliyi ixtisasının hədəfindən yayındığını düşünürəm.

-Azərbaycan universitetlərinin reklamlarına Kütləvi İnformasiya Vasitələrində rast gəlirik, amma və lakin...

bunların arxasında peşəkar marketinq və PR işinin olmadığı görünür və universitetlərimizdə də ciddi islahatlar aparılmır, modern təhsil metodikası tətbiq olunmur. On il əvvəlki universitetləri heç nəyi dəyişmədən yenilənmiş kimi təqdim etməyə çalışırlar. Belə olduğunu özləri də bilir, elə abituriyentlər də… Seçim edəcək başqa universiteti olmayan abituriyentlər bu universitetlərdə oxumağa məcburdular. Sadəcə, 5 “pis”dən  ən az pis olanı seçməyə çalışırlar.

-Müəllimin öz “piarını aparması”, daim aktiv olması (bütün fəaliyyətlərini çəkib göstərməsi və s) müsbət qarşılana bilər, amma və lakin...

bunun təhsilin inkişafına  heç bir aidiyyatı yoxdur. Bir neçə müəllim ola bilsin ki, öz üzərində işləyərək inkişaf edir. Amma və lakin müəllim yenə də dərsləri öz inkişafına uyğun deyil, yenə də təhsil sisteminin geriçi tələblərinə uyğun keçməlidir.

-Hazırda mediada təhsildən yazan, təhsili təhlil edən mütəxəssislər, “təhsil ekspertləri” məşhurdur. Təhsilin təhlili çətin olmaqla yanaşı, həm də çox vacibdir, amma və lakin...

təhlillə iş bitməməlidir. Nəticə əldə etmək üçün analizlər qiymətləndirilməli və həmin təhlillər əsasında real işlər görülməlidir.

-Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və digər universitetlərin bir sıra ixtisaslarında “PR” fənnini müxtəlif kadrlar tədris edir, amma və lakin...

PR sahəsində dərs demək üçün peşəkar proqram yoxdur və dərsliklər kifayət qədər deyil. Müəllimlərin özlərinin də bu sahədəki bilik və təcrübələri azdır.

-“Facecook” və bu kimi sosial şəbəkələr tələbə və müəllim kütləsinin sosiallaşması üçün ideal vasitədir, amma və lakin...

bu, dərs prosesinə də düzgün şəkildə daxil edilsə və interaktivliyin artırılmasında daha çox istifadə olunsa, faydalı olar.