Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 17:10:00
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Fevralın 13-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir.

AzEdu.az xəbər verir ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlı yerdəyişmə ilə əlaqəli sorğuların qəbulu müvəqqəti dayandırılmışdı.