XƏBƏRLƏR

29.01.2020 16:50
Gənc alim Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda tədqiqat aparıb

AzEdu.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin radiometriyası şöbəsinin mühəndisi Fuad Əliyev Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) ezamiyyətdə olarkən AMEA ilə BNTİ arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində tədqiqatlar aparıb.

Gənc alim tədqiqatlar zamanı Böyük Qafqazın cənub-şərq hissəsində yerləşən geoloji çıxışlardan götürülən çökmə süxurlarının element tərkibini neytron-aktivləşmə analizi vasitəsilə təyin edib. Müsabiqənin yekun nəticələrinə əsasən, F.Əliyevin araşdırması birinci  yeri tutub.  O, BNTİ-nin İ.M.Frank adına Neytron fizikası laboratoriyasında gənc alim və mütəxəssislər arasında keçirilən İ.M.Frank adına təqaüdə də  layiq görülüb. 

Sifai SƏFƏROVA (Azərbaycan müəllimi)