XƏBƏRLƏR

29.01.2020 13:46
 Qəbul qaydalarında yenilik-  İmtahan müddəti artırıldı

Magistratura qəbul imtahanın müddətində dəyişiklik edilib.

AzEdu.az xəbər verir ki, DİM-dən verilən məlumata görə bu ildən qəbul imtahanları  3 saat müddətində keçiriləcək.  Ötən illər isə magistraturaya qəbul imtahanının birinci mərhələsi 2.5, ikinci mərhələsi isə 1.5 saat müddəində keçirilirdi.

Həmçinin DİM magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün fevralın 2-si sınaq imtahanı keçiriləcək.  İmtahana qeydiyyat isə online şəkildə aparılır.

Qeyd edək ki,  ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanı 23 fevralda baş tutacaq. İmtahana qeydiyyat yaxın günlərdə elan olunacaq.