XƏBƏRLƏR

26.01.2020 13:02
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirib. 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında ümumilikdə 1504 namizəd qeydiyyatdan keçib. Onlardan 1382 namizəd ingilis dili, 61 namizəd fransız dili, 61 namizəd alman dili üzrə imtahan verib. 

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 10-dan 20-dək davam edib.