Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 11:16:00
Məktəb kitabxanasının invertarı bu cür qeydə alınır - Qaydalar

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədlərinin hazırlanması barədədir.

Sual:

Orta ümumtəhsil müəssisəsiin kitabxana invertarı necə qeydə alınır? Bu barədə sənəd məktəbdə nə qədər müddətə saxlanır?

Cavab:

AzEdu.az məlumat verir ki, bu məsələlər "Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat"da qeyd olunub.

Təlimata əsasən, hər məktəb kitabxanasında bütün mətbuat əsərləri, habelə oxuculara xidmət etmək üçün alınan digər şeylər inventar kitabında yekun və fərdi surətdə qeydə alınmalıdır.

İnventar kitabının forması, həmçinin onun aparılması qaydası respublika Mədəniyyət Nazirliyinin xüsusi təlimatı ilə müəyyən edilir.

Hər rübdə inventar kitabında qeyd olunmuş kitabların miqdarı və dəyəri mühasibat məlumatı ilə tutuşdurulur. Kitabxana fondunun yenidən inventarlaşdırılması, habelə inventar kitabının yenidən yazılması qadağandır. Ayrı-ayrı hallarda rayon Təhsil Şöbəsinin xüsusi icazəsi ilə fondun yenidən inventarlaşdırlmasına və inventar kitabının yenidən yazılmasına yol verlir. Sənəd məktəbdə aimi saxlanılır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları